Page 240 - Pure Life 09
P. 240
/
(
230 PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)
Xoşbəxtlik və cəmiyyətin siyasi hədəfinin
fəziləti təlim formasında dövlət tərəfindən tədris
edilir və tədris metodu ilə cəmiyyətdə ədalət
bərqərar olunur. Əflatunun nəzərincə, ədalət
cəmiyyətin icad etdiyi bir şeydir və onda hər kəs
aid olduğu məqama malikdir və təmayül, həmçinin,
təlimlərə uyğun olaraq ona münasib olan işlər
yerinə yetirir.
Reymon Aronun tərifində siyasətin qərar qəbul
etməklə bağlı əsas ünsürü cəmiyyətin işlərinin həlli
və onları bir-birindən ayırmaqdan və çoxlu saydakı
məsələlər üzərində dövlət tərəfindən həyata
keçirilən siyasətdən asılıdır.
Siyasi məsələlərin fərqliliyi onun əhatə dairəsini
genişliyindən və onun üstün səlahiyyət və qüdrət
dairəsində dövlət kimi dayanmasından xəbər verir.
Qərar qəbul etmənin nəticəsi mövzunun təyin
edilməsində qərara alınma və iradənin istifadə
olunmasından tutmuş hədəfin müəyyənləşməsi,
quruluş və hərəkət (istiqamət) xəttinin
tənzimlənməsinə və həmçinin, planlara şamil
olmaqla geniş fəaliyyət səviyyəsini əhatə edir.
Amma ümumilikdə bu yanaşmaya əsasən,
siyasət ümdə olaraq dəyişikliklər və icraetmədən
ibarət olacaq və əgər fəaliyyətin səviyyələrini qəbul
etmə müqəddiməsi, qərar vermə və icra olaraq
nəzərdə tutsaq, qərar qəbul etmə müqəddiməsi
siyasətin əhatə dairəsindən xaric olacaq.