Page 241 - Pure Life 09
P. 241
Siyasət Elminə bir Baxış/ 229
Əbu Nəsr Farabi hökm vermək və tabe olmaq
rabitəsi və yaxşı hökumətin xidmətlərini “siyasət”
adlandırır. Onun nəzərincə, yaxşı hökumət onların
sayəsində həqiqi səadətə nail olmağın mümkün
olduğu işlərini, sünnə və idarəçilik xüsusiyyətlərini
1
camaat üzərinə həyata keçirən hökumətdir.
O, bu hökuməti “cahiliyyət hökuməti” və ya
“cahiliyyət iqtidarı” adlandırdığı və təxəyyüli
səadət icad edən hökumətin müqabilində
yerləşdirir. İmam Məhəmməd Qəzzali siyasəti
terminlə desək, dünya və axirətdə nicata səbəb
2
sayılan “camaata doğru yolu göstərmək” kimi tərif edir.
Kəvakibi siyasəti “cəmiyyətin aqilanə və
3
hikmətlə idarə olunması metodu” hesab edir.
Bu təriflərdə siyasətin əsas məğzi işlərin idarəsi və
onları tənzimləməkdən ibarətədir. Əflatunun (Pluton)
nəzərində siyasətin əsas mühiti cəmiyyətdir və fərdlər üçün
cəmiyyət əhəmiyyət kəsb edir və fərdlərin dəyəri dövlətə
olan münasibətləri ilə ölçülür, fərdi azadlıq iqtidarın və
cəmiyyətin asayişinin lehinə görməzdən gəlinir.
1. Əbu Nəsr Məhəmməd Farabi, “İhsaul-ulum”, səh. 108.
Tərcümə: Hüseyn Xodyucəm.
2. Əbu Hamid Qəzzali, “İhyau ulumid-din”, c.1, səh. 55.
Tərcümə: Müəyyiddin Məhəmməd Xarəzmi.
3. Seyid Əbdürrəhman Kəvakibi, “Təbiəte istibdad”, c.1,
səh. 27. Tərcümə: Əbdülhüseyn Mirzə Qacar. Tənqid və
düzəlişlər: Məhəmmədcavad Sahibi.